Azərbaycan yığması növbəti mərhələyə çıxmaq şansını saxlayır - FOTO
12.07.2010 - 14:45
Çimərlik futbolu üzrə Azərbaycan yığma komandası dünya çempionatının seçmə mərhələsi çərçivəsində ikinci oyununu keçirib. Apasport.az saytının məlumatına görə, F qrupunda yer alan Emil Cabbarovun yetirmələri bu gün Fransa millisini sınağa çəkiblər. Rəqibin üstünlüyü şəraitində keçən matçda həmyerlilərimiz 10:8 hesabı ilə uduzublar. Millimizin heyətində hərəyə bir dəfə Elşad Quliyev və Asif Zeynalov fərqlənib. Zeynal Zeynalov dubl, Müslüm Hüseynov isə pokerə imza atıb.
İlk oyunda Çexiya yığmasına 5:4 hesabı ilə qalib gələn futbolçularımız sabah Qazaxıstanla üz-üzə gələcək. Oyun Bakı vaxtı ilə saat 12:00-da başlayacaq.
Qeyd edək ki, İtaliyanın Bibiano şəhərində 7 qrupda keçirilən seçmə mərhələdə ilk iki pilləni tutacaq yığmalar, həmçinin, üçüncü yerin sahibləri arasında ən yaxşı iki komanda 1/8 finala vəsiqə qazanacaq.

0
0