“Neftçi” Avstriyadakı təlim-məşq toplanışını yekunlaşdırır
12.07.2010 - 15:37
İyulun 1-dən Avstriyada təlim-məşq toplanışında olan “Neftçi” bu gün sonuncu yoldaşlıq oyununu keçirəcək. Apasport.az saytının məlumatına görə, rəqib yerli SV “Zaltsburq” komandası olacaq. Bakı vaxtı ilə saat 21:00-da başlayacaq görüşdən sonra isə flaqman hazırlığın bu mərhələsinə son qoyaraq Bakıya dönəcək.
Xatırladaq ki, “Neftçi” Motsartın vətənində 3 yoldaşlıq oyunu keçirib. “Beşiktaş”la heç-heçə oynayan komandamız “Otselul” və “Universiteta Kluj”a məğlub olub.
Mənbə: neftchifc.com
Xatırladaq ki, “Neftçi” Motsartın vətənində 3 yoldaşlıq oyunu keçirib. “Beşiktaş”la heç-heçə oynayan komandamız “Otselul” və “Universiteta Kluj”a məğlub olub.
Mənbə: neftchifc.com
- “Qalatasaray” 30 milyon avroluq transferi niyə baş tutmayıb?
- “Göztəpə”dən gürcüstanlı qapıçısı ilə bağlı qərar - komandadan ayrı məşq edəcək
- Messi İspaniyada ikinci klubunu almağa hazırlaşır
- “Fənərbaxça” 2 ulduzundan məhrum olacaq – “Roma” ilə oyunu buraxacaqlar
- "Komo"dan nümunəvi addım: Xərçəng diaqnozu qoyulan futbolçusu ilə müqaviləni uzatdı
0
0