“Xəzər-Lənkəran” yaxşı pul versə...”
12.07.2010 - 15:49
“Xəzər-Lənkəran” yaxşı pul versə...”
“Vurğun Hüseynovun məsələsi hələ açıq qalıb. Əgər “Xəzər-Lənkəran” rəhbərliyi normal maliyyə təklif etsə, onu buraxa bilərik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Turan” klubunun prezidenti Musa Süleymanov deyib.

Yeni mövsümdə əsasən yerli futbolçulara güvənəcək “Turan” yetirməsi Vurğun Hüseynovu da heyətdə saxlamaq istəyir. Ötən mövsümü icarə əsasında “Qəbələ”nin heyətində keçirən yığmamızın gənc müdafiəçisi “Turan”la müqaviləsi olmasına baxmayaraq, “Xəzər-Lənkəran”la anlaşıb. Ancaq “Turan” rəhbərliyi bunu düzgün hesab etmir. Daha doğrusu, bu anlaşmanın leqallaşması üçün Tovuz təmsilçisinin rəhbərliyinin icazəsi lazımdır.

Süleymanov “Xəzər-Lənkəran”ın təklif edəcəyi maliyyə məbləğinin də əhəmiyyət kəsb etdiyini vurğulayıb: “Çünki Vurğun getsə, gərək onun yerinə yaxşı müdafiəçi transfer edək. Bunun üçün də müəyyən məbləğ ödəmələri lazımdır ki, biz də istəyimizi həyata keçirək”.