Nazim Süleymanov: Litva və Slovakiyadan futbolçular gözləyirik
12.07.2010 - 16:13
“Maraqlı oyun izlədik. Təbii ki, qapımızdan 4 top buraxmaq heç də yaxşı hal deyil. Ancaq rəqib qapısından 3 qol keçirməyimiz sevindiricidir. Deməli, müdafiə xəttinə ciddi fikir verməliyik”. Bu sözləri apasport.az saytına açıqlamasında “Olimpik-Şüvəlan” komandasının baş məşqçisi Nazim Süleymanov deyib.
“Təyyarəçilər”in çalışdırıcısı bildirib ki, təlim-məşq toplanışı çərçivəsində “Bakı” klubuna 3:4 hesabı ilə uduzan komandada hələ də problemlər hökm sürür. O, klubda çətinliklərin olduğunu, ancaq bunu tədricən yoluna qoyacaqlarını deyib: “Təlim-məşq toplanışında çatışmazlıqları aradan qaldırmağa çalışırıq. Hazırda 3-4 əcnəbi oyunçunu baxışa dəvət etmişik. Litva və Slovakiyadan daha 2 futbolçu düşərgəmizə gələcək. Onlardan biri müdafiəçi, digəri isə hücumçudur. Türkiyəyə yollanacaq heyətdə “Bakı” ilə oyunda qol vuran Lavet Abidin də yer ala bilər. Ankarada isə bir neçə oyunçunu sınaqdan keçirməyi planlaşdırırıq”.
Qeyd edək ki, “Olimpik-Şüvəlan” növbəti yoxlama görüşünü iyulun 14-də keçirəcək. “İnter”lə baş tutacaq oyun saat 10.00-da Zabrat qəsəbə stadionunda olacaq.

0
0