Aftandil Hacıyev: Ehtiyatda oturmağa razı deyiləm
12.07.2010 - 16:42
Aftandil Hacıyev: Ehtiyatda oturmağa razı deyiləm
“Zədə ilə bağlı problemim yoxdur. Ehtiyatda niyə qaldığımı özüm də bilmirəm. Bu suala baş məşqçi cavab verə bilər. Səbəbini heç vaxt soruşmamışam. Ancaq oynamaq istəyirəm”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ”ın müdafiəçisi Aftandil Hacıyev deyib.

Bir vaxtlar yığmanın və “Neftçi”nin əsas oyunçusu hesab olunan Hacıyev ehtiyatda qalmasından şikayətlənir. O bildirib ki, komandanın baş məşqçisi Qurban Qurbanov şans verərsə, özünü doğrultmağa çalışacaq: “Ehtiyatda oturmağa razı deyiləm. Əlbəttə, baş məşqçinin məni birdən-birə 90 dəqiqə oynatması gözlənilən olmasa da, yavaş-yavaş şans verməsi mümkündür. Bütün bunlar isə onun qərarından asılıdır”.