“Lex” üçüncü Azərbaycan səfərindən də qalib ayrıldı
13.07.2010 - 20:52
Bu gün Çempionlar Liqasında II təsnifat mərhələsinə start verilib. Apasport.az saytının məlumatına görə, ölkəmizi bu turnirdə təmsil edən “İnter” da avrokuboklarda yeni mövsümə başlayan klublarımız sırasına qoşulub.
Avroliqada çıxış edən “Qarabağ” və “Xəzər-Lənkəran”dan sonra sınağa çıxan Kaxaber Sxadadzenin yetirmələri Polşanın “Lex” klubu ilə ilk oyunu evdə keçiriblər. Bu matç qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatıb. Ardıcıl üçüncü mövsümdür avrokuboklarda çıxış edən “bankirlər” yenə rəqibini Tofiq Bəhramov adına Respublika stadionunda qəbul ediblər. “İnter” indiyə kimi avrokuboklarda nəinki bu arenada, ümumiyyətlə, qələbə qazana bilməyib. Komanda iki il öncə elə ÇL-də Makedoniyanın “Rabotniçki” klubu ilə görüşdə mərhələni səfərdə vurduğu qol hesabına keçib. Klublarımız üçün arzuolunmaz rəqib olan “Lex”i məğlub etmək nə qədər çətin olsa da, hər halda, “İnter” qələbə üçün meydana çıxmışdı. Polşada buna nail olmaq daha çətin olduğundan, Bakıda lazımı nəticəni əldə etmək gərək olsa da Azərbaycan çempionu bu işin öhdəsindən gələ bilməyib.
Çempionlar Liqası
II təsnifat mərhələsi, ilk oyun
20:00. “İNTER” (AZƏRBAYCAN) – “LEX” (POLŞA) - 0:1
QOL: Vixnyarek, 46
Baş hakim: Saşa Kever (İsveçrə)
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu
İNTER: Georgi Lomaya, Kaxaber Mjavanadze, Jivko Jelev, Vladimir Levin, İlia Kandelaki, David Odikadze (Arif Daşdəmirov, 81), Aleksandr Çertoqanov,, Bronislav Çervenka, Dmitri Kruqlov (Nizami Hacıyev, 52), Petar Zlatinov, Robertas Poşkus (Girts Karlson, 83)
LEX: Krşiştof Kotorovski, Marçin Kikut, Qrjeqoj Voytkovyak, Bartoş Bosatski, Qancarjik, Slavomir Peçko (Yakub Vilk, 89), Dimitriye İnyaç, Tomaş Bandrovski, Sergey Krivets, Semir Stiliç (Yatsek Kyelb, 63), Artur Vixnyarek (Tomaş Mikolayçik, 70)
SARI VƏRƏQƏLƏR: Kikut. 35, Levin. 39, Kruqlov, 49, Qançarjik, 59, Hacıyüv, 90+1.
1. Oyuna “İnter” başladı. Elə ilk hücumda Odikadze fəallıq göstərsə də o, özü əllə oynayıb qaydanı pozdu.
3. Komandalar birbaşa rəqib qapısına atılaraq digər komandanın qapıçısını sınağa çəkdilər. Əvvəl Çervenka, sonra Vixnyarek qapıya zərbə endirdi.
4. Poşkus qaydanı pozdu.
5. Müdafiəçilərimizin səhvi və Lomaya polşalıların qol arzusunu gözündə qoydu.
10. Peçkonun hesabı açması üçün ona dəqiqlik yetmədi. Onun təhlükəli zərbəsindən sonra top qapıdan yan keçdi.
13. Stiliçin ötürməsindən sonra yenə Peçko fərqlənməyə yaxın idi. Bu dəfə də Azərbaycan çempionunu Lomaya xilas etdi.
18. Meydanın mərkəzindəki qarşılıqlı səhvlər seriyasından sonra meydan sahibləri qol vurmağa yaxın oldular. Zlatinovun ötürməsindən sonra Poşkusun baş zərbəsinə dəqiqlik çatmadı.
21. Bakılılar Stiliçlə mübarizədə qaydanı pozdular. Peçkonun cərimə zərbəsi isə canlı səddən döndü.
24. Zlatinovun güclü zərbəsindən sonra hesabın açılmasına Kotorovski imkan vermədi.
25. Hakim Levinə şifahı xəbərdarlıq etdi.
27. Zlatinov əks-hücum zamanı topu itirdi və Stiliçin qarşısını almaq üçün qaydanı pozdu. Polşalıların bu təhlükəli həmləsi də Peçkonun zərbəsi ilə başa çatdı.
31. Zlatinov növbəti dəfə qapı istiqamətində zərbə endirdi. Amma bolqarıstanlının 20 metrdən vurduğu zərbəyə dəqiqlik çatmadı.
34. Oyunda ilk sarı vərəqəni qonaqlar aldı. Hakim Kruqlova qarşı qayda pozuntusuna yol verən Kikutu cəzalandırdı.
36. Vixnyarek Lomayanın qapısına təhlükəli zərbə vurdu.
38. Poşkus qapıya zərbə endirdi.
39. Levin sarı vərəqələrin hesabını bərabərləşdirdi. O, Stiliçə qarşı kobudluq etdiyinə görə cəzalandı.
41. Kotorovski Zlatinovun növbəti zərbəsinin qarşısını aldı.
42. Vixnyarekə qarşı kobudluğa görə təhlükəli nöqtədən cərimə zərbəsi təyin olundu.
Birinci hissə başa çatdı. Komandaların heç biri qol vura bilmədi.
İkinci hissə başladı.
46. Polşalılar hesabı açdı. Sol cinahda ağalıq edən bosniyalı Stiliçin cərimə meydanına ötürməsindən sonra Vixnyarek qol vurdu.
49. Kruqlov yeni komandasında ilk sarı vərəqəsini aldı.
52. Oyunda ilk əvəzetmə. Sxadadze matçda dönüş yaratmaq üçün az əvvəl sarı vərəqə alan Kruqlovu digər yeni transfer Nizami Hacıyevlə əvəzlədi.
58. Lomaya 1 dəqiqə ərzində iki dəfə komandamızı xilas etdi. O, əvvəl Vixnyarek, sonra Peçkonun zərbəsini dəf etdi.
59. Qançarjik Poşkusa qarşı hərəkətinə görə sarı vərəqəyə layiq görüldü.
61. Levinin baş zərbəsindən sonra top qapı tirinin üstündən keçdi.
62. Kandelakiyə qarşı qayda pozuntusu qeydə alındı. Kobudluğa yol verən Voytkovyak idi.
63. Poznan təmsilçisində ilk dəyişiklik. Oyunun ən yaxşılarından olan Stiliç yerini Yatsek Kyelbə verir.
65. Odikadze Qançarjiklə mübarizədə qaydanı pozdu.
66. Kandelaki təhlükəli imkanı əldən verdi.
69. Poşkus qol vurmağa borclu olduğu epizodda fərqlənə bilmədi.
70. Polşalılar ikinci əvəzetməyə əl atdı. Matçın qəhrəmanı olan Vixnyarek yerini Tomaş Mikolayçikə verdi.
72. Hacıyevə qarşı qayda pozuntusu. Zlatinovun cərimə zərbəsini isə Kotorovski yumruqlari ilə qaytardı.
76. Peçko növbəti dəfə qapıya zərbə endirdi.
78. Peçko Mjavanadze ilə mübarizədə qaydanı pozdu.
79. Hacıyev yerə yıxıldı, lakin qayda pozuntusu yoxdur. Zlatinovun uzaq zərbəsində isə yenə dəqiqlik yox idi.
81. Sxadadze odikadzeni Arif Daşdəmirovla əvəzlədi.
83. Poşkus yerini digər hücumçu Girts Karlsona verdi.
86. Zlatinov mübarizədə rəqibinə uduzduğu üçün qaydanı pozdu.
87. Bakılıların oyunu xilas etmək cəhdləri heç bir fayda vermir. Futbolçularımız hətta qol epizodu da yaratmaqda çətinlik çəkir.
87. Hacıyev qaydanı pozdu.
88. Paytaxt təmsilçisi məğlubiyyətdən yaxa qurtara bilməsə bu onların avrokuboklarda ardıcıl 4-cü məğlubiyyəti olacaq.
89. Peçkonun daha bir zərbəsi yadda qalır. Və o, meydanı tərk edir. Slavomiri Yakub Vilk əvəzlədi.
Hakim ikinci hissəyə 4 dəqiqə əlavə edib.
90+1. Hacıyev sarı vərəqə ilə cəzalandı.
Matç qonaqların qələbəsi ilə başa çatdı. Bu, poznan təmsilçisinin Bakıya üçüncü səfərində üçüncü qələbəsi oldu. “Lex” 2005/06 mövsümündə “Karvan”ı 2:1, iki il əvvəl isə “Xəzər-Lənkəran”ı elə bugünkü hesabla məğlub etmişdi. Hər iki halda Polşadakı görüş daha böyük fərqlə bitib: müvafiq olaraq 2:0 və 4:1.

0
0