Quti “Beşiktaş”da
13.07.2010 - 17:53
“Real” Madridin yarımmüdafiəçisi Quti Türkiyənin “Beşiktaş” klubuna keçir. Lent.az-ın “Fotomaç”a istinadən verdiyi xəbərə görə, klubun prezidenti Yıldırım Dəmirörən futbolçunu şəxsi təyyarəsi ilə İstanbula aparacaq.
Futbolçunun meneceri Stevanoviçlə razılıq əldə olunub. Transferin rəsmiləşməsi üçün “Beşiktaş” rəsmilərinin İspaniyaya yollanaraq son dəfə futbolçunun özü ilə söhbət edəcəyi bildirilir. Və bundan sonra Quti Dəmirörənin şəxsi təyyarəsi ilə Türkiyəyə gedəcək.

0
0