AFFA “Qizil xal” prinsipini ləğv etdi, legionerlərə fərq qoydu
13.07.2010 - 18:52
Bu gün AFFA İcraiyyə Komitəsinin iclası keçirilib. Apasport.az saytının məlumatına görə, yığıncaqda Premyer Liqanın yeni mövsümünün formatı, həmçinin legionerlər üçün ödənilən rüsumların məbləği müzakirə olunub.
Komitə üzvləri “Qızıl xallar” prinsipi ləğv olunmaqla Premyer Liqanın formatının ötən mövsüm olduğu kimi saxlanılmasına qərar veriblər.
Bundan başqa, klubların xahişi nəzərə alınaraq, legioner futbolçular üçün ödənilən rüsumların məbləğinə də baxılıb. Bu rüsum eyni əcnəbi futbolçu üçün 1-ci il 20 min manat, ikinci il 10 min manat, 3-cü və növbəti illər üçün 5 min manat həcmində müəyyənləşdirilib.
Hazırda öz ölkəsinin milli komandasının heyətində çıxış edən legionerlər üçün isə rüsum ödənilməməsi qərara alınıb.
Mənbə: affa.az

0
0