Bosatski: “İnter” bir ildən sonra daha yaxşı oynayacaq
13.07.2010 - 21:25
“Hava çox isti olsa da azarkeşlər yaxşı oyun izləyə bildilər”. Bu sözləri apasport.az saytına açıqlamasında Polşanın “Lez” klubunun futbolçusu Bartoş Bosatski deyib. O, Bakının “İnter” komandası ilə Çempionlar Liqasının II təsnifat mərhələsinin ilk oyunundakı minimal hesablı qələbədən razı qalıb: “İnter” yaxşı komandadır. Səviyyəli legionerləri var. Bir ildən sonra onlar indikindən də yaxşı oynayacaqlar. Biz isə səfərdə qələbə qazandıq. Cavab oyununa rahat çıxacağıq”.
Qeyd edək ki, “İnter” öz meydanındakı matçda 0:1 hesabı ilə uduzub.
Qeyd edək ki, “İnter” öz meydanındakı matçda 0:1 hesabı ilə uduzub.
0
0