Toni Adams “Qəbələ”ni Bakıya gətirdi
14.07.2010 - 14:33
Toni Adams “Qəbələ”ni Bakıya gətirdi
Yeni mövsümə hazırlığı davam etdirən “Qəbələ” təlim-məşq toplanışı keçirmək üçün Bakıya gəlib. Apasport.az saytının məlumatına görə, komanda məşqlərini iyulun 16-dan başlayaraq Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda bərpa edəcək.

Paytaxtda olduğu müddətdə Toni Adams bir neçə legioneri baxışdan keçirəcək. İngilis mütəxəssis eyni zamanda başçılıq etdiyi komandanın nəyə qadir olduğunu bilmək üçün 3 yoxlama matçı keçirəcək. Sınaqçı rəqiblərdən ikisi məlumdur. İyulun 17-də “Neftçi” ilə qarşılaşacaq “Qəbələ” ayın 24-də Premyer Liqanın debütantı MOİK-lə üz-üzə gələcək. İyulun 20-də keçirilməsi planlaşdırılan oyunda “Qəbələ”nin hansı komanda ilə qarşılaşacağı bilinmir.