Zeynal Məmmədov: Çernoqoriyaya sərfəli nəticə ilə yollanmağa çalışmalıyıq
14.07.2010 - 15:00
“Komandamızın yeni kapitanı haqda hələ qərar verməmişik. Dünən komanda üzvləri ilə söhbətimiz olub. Yəqin ki, yeni kapitanın kimliyinə bu axşam aydınlıq gətiriləcək”. Bu sözləri apasport.az saytına son Azərbaycan qalibi olan “Bakı” klubunun vitse-prezidenti Zeynal Məmmədov deyib.
Sabah Avropa Liqasının II təsnifat mərhələsi çərçivəsində Çernoqoriyanın “Buduçnost” klubunu qəbul edəcək paytaxt təmsilçisinin şanslarını da dəyərləndirən Məmmədov ehtiyatlı olmağı məsləhət bilib: “Şanlar 50-nin 50-yədir. Rəqibin keçmiş Yuqoslaviya məktəbinin nümayəndəsi olduğunu unutmaq lazım deyil. Onları kiçiltmək olmaz. “Xəzər-Lənkəran”ın timsalında bunu gördük. Gərək rəqibi düzgün qiymətləndirəsən. Həm də uşaqlarla söhbətdə bildirdim ki, rəqib baş məşqçi perspektivli oyunçulara şans verəcək. Həmin uşaqlar da meydanda ürəklərini qoyacaqlar. Çalışmalıyıq ki, bir həftə sonra baş tutacaq oyuna sərfəli nəticə ilə yollanaq”.
Bir neçə gündür biletləri satışa çıxaran “Bakı” Tofiq Bəhramov adına Respublika stadionunda arenanın doldurulacağına ümid edir. Məmmədov biletlərin artıq 10 mininin satılması haqda məlumatı olduğunu bildirib. O, heyətdə zədəli futbolçularla bağlı bunları söyləyib: “Müdafiəçi Elvin Əliyevlə braziliyalı yarımmüdafiəçi Juninyo Osvaldo zədəlidir. Onlar “Buduçnost”la görüşdə meydana çıxmayacaqlar. Qalan bütün oyunçularımız baş məşqçinin tapşırığını yerinə yetirəcək səviyyədədirlər”.
Qeyd edək ki, Juninyo zədəyə görə “Bakı”nın UEFA-ya göndərdiyi 25 nəfərlik iştirak ərizəsinə sifariş olunmayıb.

0
0