Puyol İspaniya yığmasından getdi
14.07.2010 - 15:07
İspaniya milli komandasının heyətində dünya çempionu adını qazanan Karles Puyol bir daha yığmanın formasını geyməyəcək.
Apasport.az saytının məlumatına görə, “Barselona” klubunun 32 yaşlı müdafiəçisi rəsmən milli karyerasını bitirib. Hələ ötən ilin noyabrında CAR-dakı dünya çempionatından sonra bu addımı atacağını açıqlayan Puyol artıq məsələ ilə bağlı rəhbərliklə də söhbət edib.
Karles millinin baş məşqçisi Visente del Boske və İspaniya Futbol Federasiyasının idman direktoru Fernando Yerro ilə görüşündən sonra qərarını dəyişməyəcəyini açıqlayıb. Mərkəz müdafiəçisi artıq avqustun 11-də Meksika yığması ilə keçiriləcək yoldaşlıq oyununa çağırılmamasını xahiş edib.
Maraqlıdır ki, millidə son oyununu mundialın finalında Hollandiya yığmasına qarşı keçirən Puyolun 2000-ci ilə təsadüf edən yığmadakı debütü də məhz “narıncılar”a qarşı olub.

0
0