Çempionların ilk oyunda qələbə problemi
14.07.2010 - 23:11
Azərbaycan klubları Avropanın ən nüfuzlu turniri sayılan Çempionlar Liqasında (ÇL) hər mövsümdə ilk oyunda uğursuzluq sindromu ilə üzləşib.
Apasport.az saytının məlumatına görə, təmsilçilərimiz 1997-ci ildən iştirak etdikləri ÇL-də yeni mövsümdə debüt görüşlərində qələbəyə həsrət qalıb. Buna son Azərbaycan çempionu - Bakının “İnter” klubu da son qoya bilmədi. Özü də onun yenildiyi “Lex”in təmsil etdiyi Polşa daha çox bizə rəqib olub və hər dəfə qalib gəlib. Klublarımız ÇL-də debütünü də məhz bu ölkənin təmsilçisi ilə Tofiq Bəhramov adına Respublika stadionunda keçirib. Bu, 12 il öncə keçirilən “Neftçi” - “Vidzev” görüşüdür (0:2).
Adıçəkilən turnirdə yalnız bir dəfə ilk oyunda qələbə qazana bilmişik ki, bu da orada ilk təmsilçimiz olan “Neftçi”nin sayəsində gerçəkləşib. “Ağ-qaralar” 5 il öncə Ağasəlim Mircavadovun rəhbərliyi altında İslandiyanın “Hafnarfyordur” klubuna hər iki oyunda (evdə 2:0, səfərdə 2:1) qalib gəlib. Bu, ÇL-də bir mərhələ görüşlərini qələbə ilə başa vurduğumuz hələ ki yeganə haldır. Çempionların yarışında evdə sonuncu qələbəmizi isə ötən il qazanmışıq. Bu, “Bakı”nın Litvanın “Ekranas” klubunu Respublika stadionunda 4:2 hesabı ilə yendiyi görüş olub.
Qeyd edək ki, klublarımız bu müddətdə keçirilən 12 oyundan 1-də qalib gəlib, 3-də heç-heçə edib, 8-də uduzub (topların fərqi 8-19).
Azərbaycan klublarının Çempionlar Liqasında ilk oyunları
1997/98 mövsümü
Bakı. “Neftçi” – “Vidzev” (Polşa) – 0:2
1998/99 mövsümü
Lodz. LKS (Polşa) – “Kəpəz” – 4:1
1999/00 mövsümü
Skopye. “Sloqa” (Makedoniya) – “Kəpəz” – 1:0
2000/01 mövsümü
Riqa. “Skonto” (Latviya) – “Şəmkir” – 2:1
2001/02 mövsümü
Barri. “Barri Taun” (Uels) – “Şəmkir” – 2:0
2004/05 mövsümü
Şiroki Briyeq. “Şiroki Briyeq” (Bosniya və Herseqovina) – “Neftçi” – 2:1
2005/06 mövsümü
Bakı. “Neftçi” – “Hafnarfyordur” (İslandiya) – 2:0
2006/07 mövsümü
Tiflis. “Sioni” (Gürcüstan) – “Bakı” – 2:0
2007/08 mövsümü
Bakı. “Xəzər-Lənkəran” – “Dinamo” (Xorvatiya) – 1:1
2008/09 mövsümü
Bakı. “İnter” – “Rabotniçki” (Makedoniya) – 0:0
2009/10 mövsümü
Panevejis. “Ekranas” (Litva) – “Bakı” – 2:2
2010/11 mövsümü
Bakı. “İnter” – “Lex” (Polşa) – 0:1
Mehman SÜLEYMANOV

0
0