“Bizə elə oyunçular lazım deyil”
14.07.2010 - 21:04
“Bizə elə oyunçular lazım deyil”
“Komandamız bir oyunçu ilə yollarını ayırdı. Stefan Bates öz istəyi ilə “Bakı”dan getdi”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.

Almaniyalı mütəxəssis Avropa Liqasının II təsnifat mərhələsinin “Buduçnost”la ilk oyunu ərəfəsində keçirilən mətbuat konfransında heyətlə bağlı fikirlərini də açıqlayıb. O, çernoqoriyalılarla görüş öncəsi komandanı tərk edən Stevan Batesin bu addımına da münasibət bildirib: “Ailəsində problemlər olduğunu əsas gətirərək getməyi qərar verdi. Hesab edirəm ki, hansı futbolçu belə fantastik klubda qalmaq istəmirsə, onu zorla saxlamaq olmaz, getməlidir. Bizə elə oyunçular lazım deyil”.