Cəmşid Məhərrəmov: Məqsədimiz qrup mərhələsidir
14.07.2010 - 21:29
“Buduçnost”la oyun mövsümə necə hazırlaşdığımızı göstərəcək. Bizim əsas məqsədimiz layiqli çıxış etməkdir”. Apasport.az saytının məlumatına görə, bu sözləri “bakı” klubunun futbolçusu Cəmşid Məhərrəmov deyib.
Müdafiəçi Avropa Liqasının II təsnifat mərhələsinin Çernoqoriya “Buduçnost”u ilə oyunu ərəfəsində təşkil olunan mətbuat konfransının iştirakçıları arasında olub. Cəmşid qarşıdakı oyunlar, ümumilikdə avrokuboklardakı çıxış haqda fikirlərini açıqlayıb: “Tək mən yox, bütün futbolçular qələbə qazanmaq üçün mübarizə aparacaq. Çalışacağıq ki, oyunda qələbə qazanaq və növbəti mərhələyə vəsiqə əldə edək. Məqsədimiz bir mərhələ keçmək yox, qrup mərhələsinə vəsiqə qazanmaqdır”.
Qeyd edək ki, “Baki” və “Buduçnost” arasında ilk oyun sabah keçiriləcək.

0
0