Vinfred Şafer: “Buduçnost” “asan yem” deyil
14.07.2010 - 22:18
“Almaniyadakı təlim-məşq toplanışında fiziki, texniki və taktiki baxımdan yaxşı hazırlıq keçdik. Orada xırda problemlərimiz də oldu”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyunu ərəfəsində təşkil olunan mətbuat konfransına qatılan almaniyalı mütəxəssis vətənində keçirilən hazırlıq prosesini dəyərləndirib. Şafer öz milli komanadsına dəvət alan oyunçuların ona problem yaratmasından da şikayətlənib: “Yeni transferimiz Dare Nibombe ayrı-ayrı vaxtlarda iki dəfə öz ölkəsinin milli komandasına dəvət aldı. Rəsmi oyun olduğu üçün biz onu buraxmaq məcburiyyətində qaldıq. O, təxminən 1 həftə bizimlə məşq edə bilmədi. Təlim-məşq toplanışında bütün futbolçular çox yaxşı çalışdılar, heç bir ciddi problemimiz olmadı. Artıq hər şey qaydasındadır”.
Şafer Çernoqoriyanın “Buduçnost” klubu ilə sabahkı matç haqqında da fikirlərini açıqlayıb: “Komanda demək olar ki, “Buduçnost”la oyna tam hazırdır. Hansı komanda ilə qarşılaşmaqdan asılı olmayaraq, avrokubok oyunları asan keçmir. “Buduçnost”la oyunda çalışacağıq ki, qol buraxmadan qələbə qazanaq. Bütün fikrimizi bu görüşə yönəltmişik. Komanda olaraq oyuna köklənmişik və qarşılaşmanın başlanmasını gözləyirik”.
Almaniyalı mütəxəssis “Bakı”ya öz oyun modelini aşılamadığını bildirib: “ Mən bura gələndən sonra deməmişəm, “Bakı” 4-4-2 və ya 3-5-2 sistemində oynayacaq. Müəyyən hazırlıqdan və yoxlama görüşlərindən sonra hazırkı heyətlə oynaya biləcəyimiz ən yaxşı sistemi seçdik. Həmin oyun sistemi ilə də oynayacağıq. Arzu edirəm ki, seçimimdə yanılmayım. Ən yaxşı variantı seçdiyimizə inanıram. Ümid edirəm ki, “Buduçnost”la oyunda istədiyim komandanı görə biləcəyəm. Ancaq istənilən halda bunun üçün müəyyən qədər vaxta ehtiyac var”.
“Buduçnost” haqda məlumatlı olduqlarını bildirən Şafer çernoqoriyalıların Sloveniya toplanışına “casus” yolladığını etiraf edib: “Bəli, rəqib haqda müəyyən məlumatlar toplamışıq. Komandamızın bir nümayəndəsi “Buduçnost”un iki oyununu izləyib. Nümayəndəmiz rəqib haqda lazımı məlumatları verib. Mən özüm də internet vasitəsilə “Buduçnost”un ötən ilki bir neçə matçını izləmişəm. Əsas odur ki, biz öz oyunumuzu göstərək. Biz bunu nümayiş etdirə bilsək rəqibin necə oynamasının elə bir əhəmiyyəti olmayacaq. 90 dəqiqə deyil, final fitinə qədər bütün fikrimiz meydanda olmalıdır. Ancaq yaxşı nəticə haqda düşünməliyik”.
Şaferin sözlərinə görə, komandaya cəlb olunan afrikalı futbolçuların hamısı yeni klubuna tam uyğunlaşıblar: “Joel Epalle 3 il Kamerun millisində mənim rəhbərliyim altında oynayıb. Onu çox yaxşı tanıyıram. Uzun illər Yunanıstan çempionatında çıxış edib. Son mövsümü Bundesliqada “Bohum”un heyətində keçirib. Yaxşı futbolçu olmaqla yanaşı, yüksək insanı keyfiyyətləri ilə seçilir. Toqolu Dare Nibombe fiziki göstəricilərə malikdir, ucaboy oyunçudur. Son klubu Rumıniyanın “Timaşoara” komandası olub. Onun oyununu Çempionlar Liqasının təsnifat mərhələsində “Ştutqart”a qarşı görüşdə izləmişəm. Həmin vaxt onu çox bəyənmişdim. İbrahim Karbo öz milli komandasının kapitanıdır. Uzun illər Hollandiyada, Belçikada, İsveçrədə legioner həyatı yaşayıb. Son komandası Hollandiyanın “Villem II” klubu olub”.
Yeni transferlər arasında almaniyalını tam razı salmayan da var: “Ceffersona gəlincə, Kolumbiyalı futbolçunun problemi ondadır ki, Almaniya səfərliyi ona viza vermədi. Viza ala bilmədiyinə görə komanda ilə birgə hazırlıq keçmədi. Komandaya tam uyğunlaşmayıb. “Olimpik-Şüvəlan”la oyunda onu sınadım. Həm sağda, həm də solda oyununu bəyəndim. “Buduçnost”la oyunda oynaya da bilər, ehtiyatda qala da bilər”.
Şafer klubun prezidenti Hafiz Məmmədovun qrup mərhələsinə vəsiqə qazanmaq haqda dediklərinə də münasibət bildirib. Almaniyalı rəhbərinin arzularına qoşulsa da daha çox qarşıdakı səddi düşünür: “Təbii ki, biz də qrup mərhələsinə yüksəlməyi istəyirik. İlk oyunda 2:0 və ya 3:0 hesabı ilə qalib gəlsək belə, arxayınlaşmaq olmaz. Biz dayanmadan 90 dəqiqə meydanda “vuruşmalıyıq”. Rəqibə yuxarıdan aşağı baxmaq olmaz. Öz çempionatlarında ikinci yeri tutublar. Tarixə nəzər yetirsək görərik ki, bu klubda dünya səviyyəli ulduz futbolçular yetişib. Rəqibi “asan yem” adlandırmaq olmaz”.

0
0