Mahir Şükürov Rusiya kubokunda debüt edə bilmədi
14.07.2010 - 23:37
Rusiya kubokunun 1/16 final mərhələsinin oyunları keçirilib. Apasport.az saytının məlumatına görə, Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Mahaçqalanın “Anji” klubu aşağı dəstə təmsilçisi “Pskov-747” ilə üz-üzə gəlib. 28 yaşlı müdafiəçimizin komandası səfər qarşılaşmasından 2:1 hesablı qələbə ilə ayrılıb.
Hacı Hacıyev bu matçda Mahirə şans verməyib. Bununla da Şükürovun Rusiya kubokundakı debütü baş tutmayıb. Belə ki, bu matç müdafiəçinin transferindən sonra dağıstanlıların ilk kubok görüşü idi.
Hacı Hacıyev bu matçda Mahirə şans verməyib. Bununla da Şükürovun Rusiya kubokundakı debütü baş tutmayıb. Belə ki, bu matç müdafiəçinin transferindən sonra dağıstanlıların ilk kubok görüşü idi.
0
0