Vaqif Cavadovun komanda yoldaşı Bundesliqada
14.07.2010 - 23:40
Hollandiyanin “Tvente” klubunda çıxış edən Nikita Rukavitsa komandasını dəyişib. Apasport.az saytının məlumatına görə, avstraliyalı futbolçu bundan sonra Azərbaycan yığmasının hücumçusu Vaqif Cavadovla komanda yoldaşı olmayacaq.
23 yaşlı yarımmüdafiəçi Almaniyanın “Herta” klubu ilə 3 illik müqavilə bağlayıb. Rukavitsa Bundesliqa təmsilçisinə azad agent statusu ilə keçib.
Qeyd edək ki, “Tvente”nin çempion heyətinin baş məşqçisi Stiv Maklaren və onun köməkçiləri də Bundesliqaya üz tutublar. Onlar mövsüm bitən kimi “Volfsburq”la anlaşıblar.

0
0