Azərbaycanlı futbolçu “Zenit”ə qarşı
15.07.2010 - 00:04
Azərbaycan milli komandasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Mahaçqalanın “Anji” klubunun Rusiya kubokunun 1/8 final mərhələsindəki rəqibi məlum olub. Apasport.az saytının məlumatına görə, dağıstanlıların növbəti rəqibi Sankt-Peterburqun “Zenit” klubu olacaq.
Bu komandalar 2010-cu ildə artıq bir dəfə üz-üzə gəlib. Rusiya Premyer Liqasının XI turunun Sankt-Peterburqdakı gərüşündə meydan sahibləri qalib gəlmişdi – 2:1. 28 yaşlı müdafiəçimiz həmin matçda start heyətdə meydana çıxaraq uzatma dəqiqələrində əvəzlənmişdi.
Qeyd edək ki, “Anji” və “Zenit” arasında 1/8 final oyununun tarixi və yeri hələ dəqiqləşməyib.

0
0