Maradonaya yeni təklif
15.07.2010 - 10:19
Maradonaya yeni təklif
Argentina milli komandasının baş məşqçisi Dieqo Maradona daha 4 il bu postda qala bilər. Apasport.az saytının məlumatına görə, Argentina Futbol Assosiasiyasında 50 yaşlı mütəxəssisin 2014-cü ildə keçiriləcək dünya çempionatına qədər baş məşqçi olacağına ümid edirlər. Qurum rəhbərliyi Maradonaya yeni 4 illik müqavilə təklif edəcək.

Assosiasiyanın prezidenti Xulio Qrondona artıq gələn həftə futbol əfsanəsi ilə görüşəcək. Qurumdan verilən məlumata görə, hal-hazırda bu posta hər hansı digər namizəddən söhbət belə gedə bilməz.

Qeyd edək ki, Maradonanın rəhbərlik etdiyi yığma CAR-da keçirilən dünya çempionatında 1/4 finala qədər irəliləyib.