“Buduçnost”un baş məşqçisi: Bizimlə oyunlarda “Bakı”nın üstünlüyü var
15.07.2010 - 10:47
“Bakı”dan fərqli bizim heyətimizdə ulduz futbolçular yoxdur”. Apasport.az saytının məlumatına görə, bu sözləri Çernoqoriyanın “Buduçnost” klubunun baş məşqçisi Nikola Rakoyeviç deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin “Bakı” ilə ilk oyununda qarşılaşmaq üçün ölkəmizə gələn Podqoritsa təmsilçisi ilk məşqinə çıxıb. Çernoqoriyalıların Tofiq Bəhramov adına Respublika stadionundakı hazırlıqlarından sonra Rakoyeviç matçla bağlı fikirlərini açıqlayıb: “Bizim heyətimiz bərabər səviyyəli futbolçulardan təşkil olunub. “Bakı”nın bizimlə oyunlarda üstünlüyü var. Çünki onların avrokubok təcrübəsi daha böyükdür. Lakin bu heç nə demək deyil”.
Qeyd edək ki, “Bakı” - “Buduçnost” oyunu saat 21:00-da başlayacaq.

0
0