“Zolaqlılar”ın tarixə düşən Avropa səfəri
15.07.2010 - 11:00
“Bakı” debüt mövsümündə avrokuboklara vəsiqə qazanan Azərbaycanın azsaylı klublardandır. Apasport.az saytının məlumatına görə, “zolaqlılar” 2004/05 mövsümündə ölkə kubokunun qalibi kimi qitə miqyaslı turnirə vəsiqə qazandı. Özü də UEFA kubokunu ilk oyunu evdə keçirən komandamız Avropa səfərinə qələbə ilə başladı. Həmin tarixi qolun müəllifi klub hələ “Dinamo” adlanan dövrdən onun şərəfini qoruyan, uzun müddət kapitanı olan Ceyhun Sultanov idi. “Bakı”nın həmin yay transfer etdiyi tanınmış latviyalı hücumçu Andrey Ştoltsers isə səfərdə vurduğu qolla debütdəcə mərhələ keçməyimizə şərait yaratdı. Ancaq Slovakiyanın “Jilina” klubu son dəqiqələrdə ona lazım olan qolu vurmaqla mərhələni adladı.
Növbəti mövsüm də titul qazanan, ancaq bu dəfə çempion olan “Bakı”nın Çempionlar Liqasında mərhələ keçmək şansları yüksək qiymətləndirilirdi. Ancaq “İnter”in gürcü baş məşqçisi Kaxaber Sxadadzenin həmin vaxt çalışdırdığı Bolnisinin “Sioni” klubunu keçmək mümkün olmadı. Düzdür, budəfəki səfər oyununda da “zolaqlılar”in iki futbolçusunun qırmızı vərəqə alması nəticəyə birbaşa təsir göstərdi. “Bakı” yenə evdə 1:0 hesablı qələbə qazansa da, bu, mərhələ keçməyə yetərli olmadı. Bu dəfə də qolun müəllifi keçmiş “Dinamo”çu Fərid Quliyev idi.
“Bakı” ardıcıl üçüncü mövsüm mükafatçı olaraq avrokuboklara vəsiqə qazandı. Bürünc medalçı İntertoto kubokunda da debütündə mərhələ keçə bilmədi. Düzdür, bu dəfə komandamız 1:1 hesabı ilə nəticələndiyi hər iki oyunda rəqibə meydandakı mübarizədə uduzmadı. Moldovanın “Daçiya” klubu oyun sonrası penaltilər seriyasında üstün oldu.
İndiyə kimi yalnız bir mövsüm Avropa arenasına çıxa bilməyən “Bakı”nın ÇL-ə qayıdışı uğurlu alındı. Litva çempionu “Ekranas”a iki oyunda 6 qol vuran “zolaqlılar”ın yeni transferi Feliks Felipe Almeyda fərqləndi. Belə ki, həmin qollardan yarısı braziliyalı hücumçunun payına düşdü. Yeri gəlmişkən, Feliks həmin vaxt 4 qolla avrokuboklarda bombardirimiz oldu. “Bakı” ÇL-in III təsnifat mərhələsinə çıxan ilk klubumuz kimi tarixə düşdü. Ancaq orada Bolqarıstanın ən titullu klublarından olan “Levski”yə uduzan “zolaqlılar” mübarizəni Avroliqada davam etdirmək imkanına malik oldu. Ancaq İsveçrənin “Bazel” klubu kimi güclü rəqiblə hər iki görüşdə yenilən bakılılar qrup mərhələsinin bir addımlığında mübarizəni dayandırdı. Son təsnifat mərhələsində iştirak etmək də avrokuboklar tariximizdə “siftə” idi.
“Bakı” klubunun avrokuboklarda çıxışı
2005/06 mövsümü
UEFA kuboku, I təsnifat mərhələsi
“Bakı” – “Jilina” (Slovakiya) – 1:0
Qol: Ceyhun Sultanov
“Jilina” – “Bakı” – 3:1
Qol: Andrey Stoltsers
Baş məşqçi: Əsgər Abdullayev
2006/07 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsi
“Sioni” (Gürcüstan) – “Bakı” – 2:0
“Bakı” – “Sioni” – 1:0
Qol: Fərid Quliyev
Baş məşqçi: Böyükağa Hacıyev
2007/08 mövsümü
İntertoto kuboku, I mərhələ
“Bakı” – “Daçiya” (Moldova) – 1:1
Qol: Maksim Andronik, öz qapısına
“Daçiya” – “Bakı” – 1:1 (oyun sonrası penaltilər – 3:1)
Qol: Amiran Muciri
Baş məşqçi: Böyükağa Hacıyev
2009/10 mövsümü
Çempionlar Liqası, I təsnifat mərhələsi
“Ekranas” (Litva) – “Bakı” – 2:2
Qollar: Feliks Felipe Almeyda, Vilyam Roşa Batista
“Bakı” – “Ekranas” – 4:2
Qollar: Feliks Felipe Almeyda (2), Amiran Muciri, Aleksandr Şoliç
Çempionlar Liqası, II təsnifat mərhələsi
“Bakı” – “Levski” (Bolqarıstan) – 0:0
“Levski” – “Bakı” – 2:0
Avroliqa, IV təsnifat mərhələsi
“Bakı” – “Bazel” (İsveçrə) – 1:3
Qol: Fernando Peres
“Bazel” – “Bakı” – 5:1
Qol: Feliks Felipe Almeyda
Baş məşqçi: Qyoko Hacıyevski (Makedoniya)
Mehman SÜLEYMANOV

0
0