Azərbaycanda oynamış gürcü futbolçular Çempionlar Liqasında üzüldü
15.07.2010 - 12:54
Azərbaycanda oynamış gürcü futbolçular Çempionlar Liqasında üzüldü
Ötən mövsüm Azərbaycan Premyer Liqasında çıxış edən gürcü futbolçular Çempionlar Liqasında iştirak edib. Apasport.az saytının məlumatına görə, “Qəbələ”nin formasını geyən Revaz Getsadze ilə “Simurq”un sabiq futbolçuları David Bolkvadze Teymuraz Qonqadze, Qriqol Dolidze Rustavinin “Olimpi” klubunun heyətində yer alıb. Onlar Qazaxıstanın “Aktobe” klubu ilə səfərdə 0:2 hesabı ilə uduzduqları görüşdə meydanda olub.

Anatoli Demyanenkonun baş məşqçi olduğu vaxt “Neftçi”yə transfer olunan, amma ümidləri doğrultmayan gürcü hücumçu Georgi Çelidze də hazırda “Olimpi”də oynayır. Qonqadze ilə Getsadze 90 dəqiqə meydanda olub. Bolkvadze 74-cü, Çelidze isə 85-ci dəqiqədə əvəzlənib. Çelidzenin əvəzinə Dolidze meydana daxil olub.