Yığmamızın oyununun vaxtı dəqiqləşib
15.07.2010 - 13:00
21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının Albaniya ilə oyununun vaxtı müəyyənləşib. Apasport.az saytının məlumatına görə, Avropa çempionatının seçmə mərhələsi çərçivəsində sentyabrın 4-də keçiriləcək görüş saat 19:00-da başlayacaq. Qarşılaşma Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.
Mənbə: affa.az
Mənbə: affa.az
0
0