“Qarabağ” və “Bakı”nın rəqibləri müəyyənləşdi - YENİLƏNİB
16.07.2010 - 15:50
“Qarabağ” və “Bakı”nın rəqibləri müəyyənləşdi - YENİLƏNİB
Ölkəmizi Avroliqada təmsil edən “Bakı” və “Qarabağ” klublarının rəqibləri müəyyənləşib. Apasport.az saytının məlumatına görə, son ölkə kubokunun qalibi olan “Bakı” “Brondbü” (Danimarka) – “Vaduts” (Lixtenşteyn) cütünün qalibi ilə görüşəcək.

“Brondbü” evdə 3:0 hesabı ilə qalib gəldiyindən, mərhələ keçmək şansı böyükdür. Vinfred Şaferin baş məşqçisi olduğu komandamız isə Çernoqoriyanın “Buduçnost” klubunu keçərsə, Brondbü şəhərinin eyni adlı təmsilçisi ilə görüşəcək.

“Qarabağ”a isə “Şaulyay” (Litva) – “Visla” (Polşa) cütünün qalibi rəqib olub. Səfərdə 2:0 hesabı ilə qələbə qazanan Krakov təmsilçisinin mərhələ adlayacağı şübhə doğurmur. “Qarabağ” da III mərhələ keçmək vəzifəsini elə səfərdə böyük ölçüdə həll etdiyindən, onlar bir-biri ilə görüşəcək.

Qeyd edək ki, Avroliqada III mərhələ oyunları iyulun 29-da və avqustun 5-də keçiriləcək. Püşkə görə “Bakı” ilk oyununu evdə, “Qarabağ” səfərdə keçirməlidir.