“Bröndbü” klubunun futbolçusu Vinfred Şaferin maraq dairəsinə düşüb
16.07.2010 - 16:41
“Avroliqanın III təsnifat mərhələsinə çıxsaq, demək olar “Bröndbü” ilə görüşəcəyik. Hər halda, ilk oyunda evdə Lixtenşteynin “Vaduts” klubuna 3:0 hesabı ilə qalib gələn Danimarka təmsilçisinin üstünlüyünü əldən verəcəyi real görünmür. “Bröndbü” çox güclü komandadır”. Bu fikirləri apasport.az saytına açıqlamasında “Bakı” klubunun baş məşqçisi Vinfred Şafer deyib.
Avroliqanın II təsnifat mərhələsində evdə “Buduçnost”u (Çernoqoriya) məğlub edən (2:1) “zolaqlılar” üstünlük qazanıb. Yəni səfərdə istənilən heç-heçə “Bakı”nı növbəti mərhələyə çıxaracaq. Ancaq hadisələri qabaqlamağı məqsədəuyğun saymayan Şafer növbəti rəqibdən daha çox “Buduçnost”la cavab görüşünü düşünür.
Hər halda, püşklə bağlı qısa açıqlama verən təcrübəli almaniyalı mütəxəssis “Bröndbü”nü yaxınlarda iş başında gördüyünü deyib: “Almaniyada təlim-məşq toplanışında olduğumuz zaman bu komandanın Hollandiyada hazırlıq prosesində yoxlama oyununu izləmək imkanım oldu. “Bröndbü”də maraq dairəmizə düşən bir futbolçu var idi və onun oyununu izləməyə getmişdim. Danimarkalıların İsrail təmsilçisi ilə həmin oyununu canlı izlədim. Bu, bizim üçün üstünlükdür. Qismət belə oldu ki, Avroliqada bu komanda ilə düşdük. İstənilən halda, çox güclü rəqibdir. Ancaq “Brondbü” ilə oyuna hazırlıq sonrakı işdir. İndi biz daha çox “Buduçnost”la cavab görüşü haqda düşünürük. III mərhələyə çıxandan sonra diqqətimizi növbəti rəqibə yönəldəcəyik”.
Qeyd edək ki, “Bakı” püşkə əsasən növbəti mərhələdə də ilk oyunda meydan sahibi olacaq.

0
0