“Bakı” milli komandaya qarşı
16.07.2010 - 16:54
“Bakı” milli komandaya qarşı
17 yaşadək futbolçulardan ibarət Azərbaycan yığma komandasının növbəti rəqibi müəyyənləşib. Apasport.az saytının məlumatına görə, baş məşqçi Adil Şükürovun yetirmələri iyulun 19-da “Bakı” klubunun əvəzediciləri ilə yoxlama görüşündə qüvvələrini sınayacaqlar.

Qarşılaşma saat 10:00-da Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək.

Mənbə: affa.az