“Rubin”in futbolçusu “Neftçi”də
16.07.2010 - 17:10
Bakının “Neftçi” klubu daha bir futbolçunu baxışa dəvət edib. Apasport.az saytının məlumatına görə, paytaxt təmsilçisi Özbəkistan milli komandasının oyunçusu Bahodir Nasimovu sınaqdan keçirəcək. Son komandası Rusiyanın "Rubin" klubu olan 23 yaşlı hücumçu sabahdan “Neftçi”nin düşərgəsində olacaq.
"Dinamo"nun (Səmərqənd) yetirməsi olan Bahodir bir müddət "Bunyedkor"un da şərəfini qoruyub. Özbəkistan olimpiya yığmasının heyətində çıxış edə gənc hücumçu ötən ildən əsas milliyə cəlb olunur və burada 2 matça çıxıb.

0
0