Emin İmaməliyev: Polşa klubları bizim üçün hələ keçilməzdir
16.07.2010 - 23:08
“Bizim hələ qarşıda “Portadaun”la cavab oyunumuz var. İndi bütün diqqətimizi bu matça yönəltmişik. Şimali İrlandiya təmsilçisini mübarizədən kənarlaşdıraq, sonra bu haqda danışmaq olar”. Bu sözləri apasport.az saytına açıqlamasında “Qarabağ” klubunun yarımmüdafiəçisi Emin İmaməliyev deyib.
Avropa Liqasının II təsnifat mərhələsinin ilk oyununda səfərdə Şimali İrlandiyanın “Poradaun” klubuna 2:1 hesabı ilə qalib gələn “Qarabağ” iyulun 22-də həmin komanda ilə doğma meydanda qarşılaşacaq. Ağdam təmsilçisi bu mərhələni adlasa, Avropa Liqasının III təsnifat mərhələsində, iyulun 29-da Polşanın “Visla” klubu ilə üz-üzə gələcək. Təcrübəli yarımmüdafiəçi rəqib haqqında danışmaq istəməsə də, sonda fikrini bildirməyə razı oldu: “Polşa futbolu güclüdür. Çalışacağıq ki, yaxşı nəticə qazanaq. Rəqib haqqında elə də məlumatım yoxdur. Yığma səviyyəsində bir neçə dəfə qarşılaşmışıq. Sonluq heç də bizim üçün yaxşı olmayıb. Elə klublarımız üçün də Polşa səddi hələ ki, keçilməz qalıb. İnşallah, bu sindromu sındırmağa çalışacağıq”.

0
0