Nibombe: “Buduçnost” cavab oyununa daha yaxşı hazırlaşacaq
16.07.2010 - 23:11
“İlk hissədə qapımızda qol görsək də, fasilədən sonra çox yaxşı oynadıq. İkinci 45 dəqiqədə üstünlük tamamilə bizim tərəfdə idi. Bunun nəticəsində əvvəlcə, hesabı bərabərləşdirdik, daha sonra qələbə topunu vurduq”. Bu sözləri apasport.az saytına açıqlamasında paytaxtın “Bakı” klubunun toqolu legioneri Dare Nibombe deyib.
Avroliqanın II mərhələsində Çernoqoriyanın “Buduçnost” klubu ilə Bakıdakı oyunda müdafiə xəttində inamlı çıxışı ilə seçilən 30 yaxşı futbolçu buraxılan qola münasibət bildirib: “Şanssız qol buraxdıq. Belə səhvlər meydanda hər bir futbolçunun başına gələ bilər. Fasilədə baş məşqçimiz bizə özümüzə gəlməyimizi və konsantrasiyamızı itirməməyimizi tapşırdı”.
Nibombe cavab qarşılaşmasında da öz oyunlarını oynayacaqlarını sözlərinə əlavə edib: “Rəqib bizimlə oyuna yaxşı hazırlaşmışdı. Kombinasiyalı oyun göstərməyə çalışırdılar. Onlar məğlub olduqlarına görə cavab qarşılaşmasına daha yaxşı hazırlaşacaqlar. Ancaq biz çıxıb öz oyunumuzu oynayacağıq”.

0
0