Mirça Rednik “Xəzər-Lənkəran”a gətirmək istədiyi futbolçuların adlarını açıqladı
17.07.2010 - 10:40
“Yeni komandam qarşıya ciddi məqsədlər qoyub və Azərbaycan çempionatının mükafatçıları sırasındadır. Düzdür, bu komandadan öncə mənə Rumıniya və digər ölkələrin klublarından təkliflər olmuşdu. Lakin Azərbaycanı seçdim. Onların son oyunlarını görməsəm də, yeni mövsümə ciddi hazırlaşacağıq. Bu, təlim-məşq toplanışı Rumıniyada da baş tuta bilər”. Apasport.az saytının məlumatına görə, bu sözləri “Xəzər-Lənkəran” klubunun yeni baş məşqçisi Mirça Rednik deyib.
Rumıniya mətbuatına müsahibəsində Rednik bildirib ki, komandada görmək istədiyi yeni futbolçular da var. O, artıq bir neçə futbolçu ilə danışıqlara başlanıldığını və bunun müsbət yekunlaşacağına əmindir: “Artıq Adrian Kristea ilə danışıqlara başlamışam. Onu Lənkərana aparmaq niyyətindəyəm. İonel Dançiuleskunu da heyətdə görmək istəyirəm. Lakin Kristeadan fərqli, onun məsələsi hələ açıq qalıb. Fikrimcə, bu danışıqlar müsbət yekunlaşa bilər”.
Qeyd edək ki, Dançiulesku “Dinamo” (Buxarest), Styaua, “Altay” (Türkiyə) və “Şandonq Lunenq” (Çin) klublarında forma geyinib. Kristea isə Buxarest “Dinamo”sunda və Rumıniya yığmasındakı oyunu ilə tanınır.

0
0