“Özümü heç vaxt kasıb saymamışam”
17.07.2010 - 23:01
Azərbaycan yığmasının və “Xəzər-Lənkəran” klubunun futbolçusu Elnur Allahverdiyevin apasport.az saytına müsahibəsi
- Mövsüm başa çatandan sonra “Qarabağ”dan “Xəzər-Lənkəran”a keçdiniz. Lənkəranda özünüzü necə hiss edirsiniz?
- Cəmi 1 aydır “Xəzər-Lənkəran”la müqavilə imzalamışam. Komanda yoldaşlarımın əksəriyyəti tanıdığım futbolçulardır. Azarkeşlər də məni pis qarşılamadılar. Düzdür, “Olimpiya” ilə oyunlarda onları sevindirə bilmədik. Ancaq ümumi götürdükdə, işlər qaydasında gedir. Yerli əhali futbolu sevir, futbolla yaşayır. Klubun şəraiti də göz qabağındadır.
- Ailəniz üçün darıxmırsınız?
- Evli deyiləm, hələ subayam. Ancaq valideynlərim üçün darıxıram. Lakin bu mənim işimdir, bu ayrılığa dözməyə məcburam.
- Vaqif Cavadov “Tvente”yə gedərkən, valideynləri də onunla Hollandiyaya yollandı. Bəs sizin necə, valideynlərinizi yanınıza aparmağa imkanınız varmı?
- İnşallah, mən də Avropaya oynamağa gedəndə, valideynlərimi özümlə aparacağam. Amma Lənkərana aparmağa ehtiyac yoxdur.
- Bəs darıxanda, bu boşluğu necə doldurursunuz?
- Uşaqlarla oturub çay içirik, söhbət edirik, domino və ya nərd oynayırıq. Bəzən trenajor zalında ya da hovuzda fərdi şəkildə məşq edirəm. Yəni başımı nə iləsə qatmağa çalışıram.
- Yaxşı nərdi oynaya bilirsinizmi?
- Yeni öyrənmişəm. Uduram da, uduzuram da.
- Xaraktercə çılğın insansınız?
- Bəli, xüsusilə də meydanda. Həyatda sakitəm. Bunu çox adam deyir ki, meydana çıxanda tamam fərqli insan olursan. Bu daxilimdən gəlir.
- Bu qədər çılğın, emosional olmağınız nə ilə bağlıdır?
- Çünki qələbə qazanmaq istəyirəm. Heç vaxt məğlub olmaq haqqında düşünmürəm. Uduzanda özümə gələ bilmirəm. Elə vaxt olub ki, 3-4 gün bu məğlubiyyətin təsirindən qurtula bilməmişəm.
- Evdə əsəbiləşəndə hirsinizi kimdən çıxırsınız?
- Heç kimdən. Əsəbiləşəndə bayıra çıxıram, bir qədər gəzdikdən sonra yenidən geri dönürəm.
- Davakar insansınız?
- Dalaşmağı xoşlayıram. Təbii ki, döymüşəm də, döyülmüşəm də. Ancaq heç vaxt dalaşmaqdan çəkinməmişəm.
- Subay olduğunuzu dediniz. Evlənmək haqqında düşünmürsünüz?
- Valideynlərim evlənməyimi istəyirlər. Mən isə hələ futbol haqda düşünürəm. 29-30 yaşımda evlənmək istəyirəm. Ancaq hərdən valideynlərin də sözünə qulaq asmaq lazımdır.
- Gözaltı elədiyiniz qız varmı?
- Gözaltı elədiyim yoxdur, amma namizədlər var.
- Tez-tez saç düzümünü dəyişirsiniz. Gah saçınızı uzadır, gah da qırxdırırsınız. Bu nə ilə bağlıdır?
- Yayda keçəl oldum, komandamız uddu. Bundan sonra uşaqlar dedi ki, bəs keçəl olmağın bizə düşür. Mən də onların fikri ilə razılaşdım və saçımı uzatmadım. Sonra məğlub olduq. Uşaqlar dedi ki, saçını uzat, keçəl bizə düşmür. Yəni tez-tez zarafatlaşırdıq. “Qarabağ”da yaxşı günlərim olub, xoş xatirələrim qalıb.
- Keçəl olan vaxt sizinlə zarafat edirdilərmi?
- Uşaqlar gülməli zarafat edirdilər. Tez-tez Novruz bayramının obrazlarından olan keçələ, hansısa futbolçuya bənzədirdilər.
- İndiki məqamda qazancınız sizi qane edirmi?
- Allaha şükür olsun, narazılığım yoxdur. Futbolçu daim yaxşı komandada oynamaq istəyir. İddialı klubda oynadıqca, maddi gəlir də artır. Azərbaycan şəraitində yaxşı qazanırıq. Qalıb əsas məsələ - futbol oynamaq.
- Deyirlər, kasıb olanda daha səmimi idiniz...
- Həmişə səmimi olmuşam. Guya indi varlıyam ki? Həyatdır, belə söz-söhbətin olması qaçılmazdır. Əgər məğlubiyyəti qəbul etmirəmsə, pis insan ola bilmərəm. Çünki daim yaxşı şeylər haqqında düşünürəm. Fikrimcə, səmimi insanam.
- İlk maaşınız yadınızdadır?
- Həmin vaxt həvəskarlar dəstəsində çıxış edən “Qum adası”nda çıxış edirdim. 6 “şirvan” (keçmiş pulla 60 min, indiki məbləğlə 12 manat) maaş almışdım. Onda 18 yaşım var idi.
- Həmin pulu nəyə xərclədiniz?
- Sevincimin həddi-hüdudu yox idi. Cibimdə öz qazancım var idi. Evdə də fəxrlə dedim ki, maaş almışam. Amma onlara pul verib-vermədiyim yadımda deyil.
- Bu gün həmin maaşdan 100 dəfələrlə artıq qazanırsınız. Hərdən o günləri xatırlayırsınızmı?
- Əlbəttə, o günləri xatırlamamaq olmur. Onda insanlıqdan kənara çıxarsan. Düzdür, özümü heç vaxt kasıb saymamışam. Atam, anam imkan daxilində ehtiyaclarımı ödəyiblər. Nəyinsə yoxluğunu hiss etdirməyiblər. Özümə kasıb deməyi xoşlamamışam. İndi Tanrı daha çox qazanmağımıza şərait yaradıb. Təbii ki, oyunumuzla aldığımız pulun qarşılığını verməliyik.
- Səxavətli insansınız?
- Bəli, həm səxavətli, həm də düzgünlüyü sevən insanam. Düzgünlük olmayan yerdə, ruzi-bərəkət də olmur. Gördüyün işlər hədər gedir. Ona görə, düzgünlük mənim üçün vacibdir. Yaxşılıq etməyi də sevirəm.
- Dilənçiyə pul vermisiniz?
- Belə hal çox olub. Hətta uşaqlar buna görə məni qınayıblar ki, onlara niyə bu qədər pul verirsən. O da insandır, rəhmim gəlir, pul verirəm.
- Sizdən borc pul istəyən olanda, kömək əlinizi uzatmısız?
- Əlbəttə, olub. Kömək etmək borcumuzdur.
- Siyasətlə aranız necədir?
- Siyasətdən uzaq olmağa çalışmışam. Ancaq qəzetləri oxuyuram. Çalışıram ki, müəyyən informasiyam olsun.
- Bəzi futbolçular karyerasını bitirdikdən sonra siyasətlə məşğul olur. Siz necə, gələcəkdə özünüzü siyasi arenada sınamaq niyyətiniz varmı?
- Heç vaxt siyasətçi olmaq istəməmişəm. Ancaq həyadır, sabah nə olacağını heç kim bilmir. Çalışmışam öz işimlə məşğul olum. Bu işdə ucalmışamsa, bunu uğurla tamamlamalıyam. Hərənin öz işi var.

0
0