İlqar Qurbanov AZAL-a qarşı
17.07.2010 - 11:33
İyulun 15-dən etibarən Qızılcahamamda "Patalya" otelində toplanış keçirən AZAL 3 günlük məşqlərin ardından ilk yoxlama oyununa çıxacaq. Apasport.az saytının məlumatına görə, Nazim Süleymanovun yetirmələrinin rəqibi "Mersin İdman Yurdu" olacaq.
Azərbaycan yığma komandasının sabiq üzvləri İlqar Qurbanov və Ernani Pereyranın forma geyindikləri Türkiyə klubu ilə görüş sabah saat 17.30-da baş tutacaq. Qurbanovun son mövsümdə AZAL-da forma geyindiyini nəzərə alsaq, bu oyun onun üçün xüsusi əhəmiyyət kəsb edəcək.
Qeyd edək ki, AZAL-ın növbəti rəqibi də müəyyənləşib. Nazim Süleymanovun yetirmələri iyulun 29-dək "Giresunspor", "Bursa Niluferspor" və "Şahen" (İran) komandaları ilə matçda qüvvəsini sınayacaqlar.

0
0