“Qarabağ” asanlıqla keçiləsi komanda deyil”
17.07.2010 - 12:17
Polşa mətbuatı “Qarabağ” və “Portadaun” komandalarının cavab görüşündə Ağdam təmsilçisinin qələbə qazanacağı qənaətindədir. Apasport.az saytının məlumatına görə, Qurban Qurbanovun yetirmələrinin uğurlarına nəzər salan əcnəbi həmkarlarımız bəzi səhvlərə də yol veriblər.
Belə ki, sonuncu dəfə ötən il ölkə kubokunu qazanan “Qarabağ”ın bu qələbəsini 3-cü dəfə təkrarladığını bildirən polşalılar komandanın rəqiblərini Quzanlı stadionunda qəbul etdiklərini yazıblar: “Qarabağlılar 2 dəfə ölkə çempionu adını qazanıblar. Onlar bununla yanaşı, 3 qat Azərbaycan kubokunun sahibidirlər. Sonuncu uğurları 2009-cu ilə təsadüf edir. Oyunlarını isə Quzanlı Olimpiya stadionunda keçirirlər”.
Maraqlıdır ki, “Qarabağ” Azərbaycan çempionatının oyunlarını Ağdamda keçirsə də, Avroliqanın matçlarına Tofiq Bəhramov adına stadionda çıxırlar.
Son ildə “Qarabağ”ın Avrokuboklarda iddialı çıxışını nəzərə alan Polşa mətbuatı futbolçularımızı asan rəqib saymır: “Azərilər heç asan keçiləsi komanda deyillər. Onlar ötən il Avrokubokda 4-cü təsnifat mərhələsinə kimi irəliləyiblər. Mübarizədən kənarlaşdırdıqları rəqiblər sırasında isə “Rusenborq”, “Honka” kimi klublar olub. Lakin sonda “Qarabağ”ın yolunu “Tvente” kəsib. Bu il də yarışa ciddi başlayıblar. Makedoniya “Metallurq”una 2 oyunun nəticəsinə görə 5:2 hesabı ilə qalib gəliblər”.
Qeyd edək ki, dünən keçirilən püşkatmadan sonra “Qarabağ” rəqibi və “Şaulyay” (Litva) – “Visla” (Polşa) cütünün qalibi olub. İlk oyunda 2:0 hesabı ilə qələbə qazanan Krakov təmsilçisinin evdə üstünlüyü əldən verəcəyi inandırıcı görünmür. Bunun üçün Qurban Qurbanovun yetirmələri də səfərdə “Portadaun”a 2:1 hesabı ilə qalib gəldiyindən növbəti mərhələdə Polşa təmsilçisi ilə qarşılaşacağını proqnozlaşdırmaq olar.

0
0