Adriano “Barselona”ya keçdi
17.07.2010 - 14:00
“Barselona” növbəti transferini reallaşdırıb. Apasport.az saytının məlumatına görə, Kataloniya klubu son 5 ili “Sevilya”da keçirən Adrianonu heyətinə qatıb. Transfer “Barsa”ya 9,5 milyon avroya başa gəlib.
Bunu futbolçunun özü də “Sevilya”nın rəsmi saytına açıqlamasında təsdiqləyib və bu işdə köməkliyi olan bütün insanlara təşəkkürünü bildirib: “Kataloniya klubuna keçdiyimə görə şadam. Bunun üçün “Sevilya” prezidentinə və şəxsi menecerimə təşəkkür edirəm. Sevilyada keçirdiyim günləri heç vaxt unutmayacağam. Hamıya təşəkkür edirəm”.
Qeyd edək ki, 2005-ci ildən “Kortiba”dan “Sevilya”ya transfer olunan 25 yaşlı Adriano 2006/2007-ci illərdə UEFA kubokunun adını qazanıb.

0
0