“Neftçi” “Qəbələ” ilə “sülh” bağladı
17.07.2010 - 19:58
Yeni mövsümə hazırlaşan “Qəbələ” və “Neftçi” yoxlama oyununda qüvvələrini sınayıblar. Apasport.az saytının məlumatına görə, Premyer Liqa təmsilçiləri bu gün Tofiq İsmayılov adına Suraxanı qəsəbə stadionunda qarşılaşıblar. Görüş 1:1 hesabı ilə başa çatıb.
Matçda hesabı əyalət təmsilçisi açıb. Artıq ilk yarıda “Qəbələ”nin ingiltərəli legioneri Uil Hendrik bakılıları mərkəzdən başlamağa məcbur edib. Lakin Toni Adamsın yetirmələri qələbə hesabını qoriyib saxlaya bilməyiblər. Fasilədən sonra paytaxt təmsilçisi məğlubiyyətdən yaxa qurtarıblar. “Neftçi”nin baxışa çağırdığı özbəkistanlı Bahodir Nasimov hesabı bərabərləşdirib.

0
0