Toni Adams: Onlar ilk oyunda yaxşı təsir bağışladılar
17.07.2010 - 20:09
Toni Adams: Onlar ilk oyunda yaxşı təsir bağışladılar
“Bu bizim ilk oyunmuz olduğundan, hər şey istənilən səviyyədə deyildi. Hələ heyəti tam formalaşdırmadığımızı nəzərə alsaq, matç heç də pis alınmadı”. Apasport.az saytının xəbərinə görə, bu sözləri “Qəbələ” klubunun baş məşqçisi Toni Adams deyib.

İngiltərə futbolunun əfsanələrindən olan mütəxəssis “Neftçi” ilə bu gün keçirilən yoxlama oyunundan sonra qarşılaşma haqda fikirlərini açıqlayıb: “Açığını deyim ki, nə oyuna qədər, nə də matç boyu hesab haqda düşünmüşəm. Bu sadəcə, yoxlama oyunudur. Əsas məqsəd baxışa gələn legionerləri sınamaq idi. İngiltərədən çağırdığımız futbolçuları yoxlayırdıq. Onların ilk oyunda yaxşı təsir bağışladıqlarını deyə bilərəm”.

Qeyd edək ki, “Qəbələ”nin “Neftçi” ilə yoxlama oyununda qalib müəyyənləşməyib – 1:1.