Vaqif Cavadov növbəti oyununu Almaniyada keçirdi
17.07.2010 - 23:04
Vaqif Cavadov növbəti oyununu Almaniyada keçirdi
Həmyerlimiz Vaqif Cavadovun çıxış etdiyi Hollandiyanın “Tvente” klubu növbəti yoxlama oyununu keçirib. Apasport.az saytının məlumatına görə, Mişel Pryudomun yetirmələri Almaniyanın aşağı dəstə təmsilçisi “Osnabryuk”la qarşılaşıblar. Hollandiya çempionu səfər matçında qələbə qazanıb – 1:0.

“Tvente”nin qələbə qolunu Brayan Ruis vurub. O, matçın 65-ci dəqiqəsində rəqib qapısına yol tapıb. Pryudomun start heyətinə layiq bilmədiyi 21 yaşlı hücumçumuz da məhz Brayanın yerinə meydana daxil olub. Vaqif qələbə qolunun müəllifini 76-cı dəqiqədə əvəzləyib.

Qeyd edək ki, bu ilin yanvarından “Tvente”də olan Cavadov rəsmi matçlarda hələ də debüt etməyib.