İlqar Qurbanov AZAL-la görüşdə zədələndi - FOTO
18.07.2010 - 21:39
Türkiyənin Qızılcahamam bölgəsində təlim-məşq toplanışı keçirən AZAL ilk yoxlama oyununa çıxıb. Apasport.az saytının xəbərinə görə, "Mersin İdman Yurdu" ilə qarşılaşan Nazim Süleymanovun yetirmələri meydançadan qollu heç-heçə ilə ayrılıblar.
Milli dərəcəli hakim Elnur Muradovun idarə etdiyi görüşdə hesabı AZAL açıb. Belə ki, rəqib müdafiəçiləri keçərək, qapıçı ilə təkbətək çıxan Zohair Benouahi 18-ci dəqiqədə fərqlənib. Mersinlilər isə oynunun ikinci hissəsində hesabda tarazlıq yarada bilib. Qeyd edək ki, "Mersin TV"-nin canlı yayınladığı bu matçda həmyerlimiz İlqar Qurbanov da forma geyib. Amma İlqar görüşü yarımçı tərk edib. 12-ci dəqiqədə zədələnən Qurbanov meydançadan çıxarılıb.
AZAL oyuna bu heyətlə çıxıb
Elşən Poladov (Cahangir Həsənzadə), Aqil Nəbiyev (Usim Nduka), Draqan Mandiç (Samir Adulov), Mirko Bunyevçeviç (Hüseyn Axundov), Victor İgbekoyi, Marius Kazlauskas, Gvdas Yuska, Robert Petrov (Nuqzar Kvirtiya), Zohair Benouahi (Anar Həsənov), Tərlan Xəlilov (Orxan Səfiyarov), Petar Rakoviç (Yunivan Suares)
Bu görüşdə baxışdan keçirilən sağ cinah müdafiəçisi Petar Rakoviç bəyənilməyərək geri göndərilib. Sonda onu da deyək ki, ikinci yoxlama oyunu ayın 21-də keçiriləcək və komandamız "Giresunspor"la qarşılaşacaq.

0
0