“Anji” yeni sponsor tapdı
19.07.2010 - 08:56
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun çıxış etdiyi Rusiyanın “Anji” klubu yeni sponsor tapıb. Apasport.az saytının məlumatına görə, Dağıstan Respublikasının prezidenti Məhəmmədsalam Məhəmmədov və Mahaçqala təmsilçisinin rəhbəri Məhəmməd-Sultan Məhəmmədovun səyləri bəhrəsini verib.
Belə ki, onların tanınmış iş adamı Süleyman Kərimovla “Anji”yə kömək etməklə bağlı danışıqları müsbət nəticələnib. Artıq gələn həftə Kərimovun şirkəti klubun hesabına 5-8 milyon dollar köçürəcək. Razılığa əsasən iş adamı ilə əməkdaşlıq yeni mövsümdə daha da genişlənəcək.
Qeyd edək ki, Rusiya Premyer Liqasında çıxış edən “Anji” cari mövsümün arxada qalan hissəsində müəyyən maddi sıxıntılar keçirib. Hətta Mahir də açıqlamalarında komandadakı maliyyə durumundan şikayətlənirdi. Kərimovla işbirliyi Şükürov və klubunun bu problemini həll etməlidir.

0
0