“Azərbaycanda oynasaydım, yığmanın qapıları üzümə bağlanardı”
19.07.2010 - 09:26
“Ölkə xaricindən yalnız Polşanın “Poloniya” klubundan təklif almışdım. Azərbaycandan isə bir neçə komanda mənimlə maraqlanıb. Rəhbərliyə dedim ki, Azərbaycanda oynamaq istəmirəm”. Apasport.az saytının məlumatına görə, bu fikirləri Sofiyanın “Lokomotiv” klubunun futbolçusu Martin Kamburov deyib.
Bolqarıstan yığmasının da üzvü olan 30 yaşlı hücumçu ölkəsinin ən yaxşı hücumçularından sayılır. Hələ Plovdiv “Lokomotiv”ində oynadığı zaman 3 dəfə ən sərrast oyunçu olan Kamburov Birləşmiş Ərəb Əmirliklərində “Əl-Əhli” ilə ölkə çempionluğunu qazanıb. Yunanıstanda uğursuz karyeradan sonra vətənə dönən Martin 2008-ci ildən Sofiya “Lokomotiv”ində oynayır. Azərbaycandan aldığı təklifi qəbul etmədiyi üçün peşman olmayan 30 yaşlı hücumçu bunu belə izah edib: “Bolqarıstandan belə çox uzaqda qalmaq istəməzdim. İndi məni yığmaya çağırırlar. Ancaq həmin vaxt Azərbaycandan təklifi qəbul etsəydim, milli komandanın qapılarını üzümə bağlayardım”.

0
0