Daha iki futbolçu “Neftçi”dən ayrıldı
19.07.2010 - 09:57
“Neftçi” daha iki futbolçu ilə yollarını ayırıb. Bu barədə apasport.az saytına klubun baş məşqçisi Arif Əsədov məlumat verib. Onun sözlərinə görə, müdafiəçi Rəşad Hüseynovla braziliyalı hücumçu Joze Karlosun xidmətində maraqlı deyil.
“Rəşad əvəzedici komandamızın üzvüdür. Onu hazırlıq prosesinə cəlb etmişdim. Ancaq gənc müdafiəçini ehtiyatda saxlamaq məqsədəuyğun olmazdı. Buna görə həm Hüseynovun, həm də braziliyalı Joze Karlosun oyun praktikası qazanmaq üçün başqa klubla icarəyə verilməsini qərara aldıq. Karlosu 6 aylıq icarə verəcəyik. Onun hansı kluba keçidi ilə bağlı məsələlərlə rəhbərlik məşğul olur. Eşqin Quliyevin icarəyə verilməsi ilə bağlı xəbər isə doğru deyil. Burada yanlışlığa yol verilib. Eşqin zədə problemi üzündən komandaya kömək edə bilmir” - deyə, Əsədov bildirib.
Baş məşqçinin sözlərinə görə, artıq müalicə olunan Quliyev komandada qalacaq.

0
0