Mahir Şükürova “6 bal” yazdılar
19.07.2010 - 10:17
Mahir Şükürova “6 bal” yazdılar
Azərbaycan yığmasının futbolçusu Mahir Şükürovun Rusiya Premyer Liqasının son turunda çıxışı yüksək qiymətləndirilib. Apasport.az saytının məlumatına görə, 28 yaşlı yarımmüdafiəçi “Tom”la səfər oyununda böyük hesablı qələbədə (4:1) əsas pay sahiblərindən sayılıb. Rusiyalı həmkarlarımız “Anji”nin 19-cu dəqiqədə hesabı açdığı zaman Şükürovun məhsuldar ötürməsini qeyd edib. Mahaçqala klubunda ən yüksək qiymət iki futbolçuya verilib ki, bu da 6,5 bal olub. Şükürov da daxil olmaqla, 9 futbolçu 6 bal alıb.