Harri Kyuell daha 1 il “Qalatasaray”da
19.07.2010 - 10:20
Harri Kyuell daha 1 il “Qalatasaray”da
Avstraliyalı futbol ulduzu Harri Kyuell “Qalatasaray”da qalmağa qərar verib. APA-nın “Qalatasaray”ın rəsmi saytına istinadən verdiyi məlumata görə, Kyuell türk klubu ilə müqaviləsini daha 1 il uzadıb.

Xatırladaq ki, son iki mövsümü “Qalatasaray”da keçirən 1978-ci il təvəllüdlü təcrübəli futbolçunun müqaviləsi bu il bitmişdi. O, “Qalatasaray”ın heyətində 76 rəsmi matçda 42 qol vurub.