Baş hakimi boğmaq istəyən futbolçu polis şöbəsinə aparıldı - FOTO
19.07.2010 - 10:35
Baş hakimi boğmaq istəyən futbolçu polis şöbəsinə aparıldı - FOTO
Çili çempionatında kuryoz hadisə baş verib. Apasport.az saytının məlumatına görə, bu ölkədə legioner həyatı yaşayan paraqvaylı futbolçu Xose Pedros baş hakimin üzərinə cumaraq, onu boğmağa cəhd edib.

İnsident Çili çempionatının II divizionunda “Deportes Konsepsyon” – “Reyncers” oyununun 77-ci dəqiqəsində baş verib. Baş hakim Marselo Miranda Pedrosa həmin vaxt ikinci sarı vərəqə göstərərək, qonaqların qapısına penalti zərbəsi təyin edib.

Xose referinin qərarından narazı qaldığı üçün onu boğmağa başlayıb. Amma köməkçiləri vaxtında hakimin köməyinə gələrək, Mirandanın həyatını xilas ediblər. Polislər tərəfindən həbs olunan futbolçu isə bölməyə aparılıb.