“Neftçi” iki futbolçu ilə gücləndi
19.07.2010 - 10:42
“Neftçi” iki futbolçu ilə gücləndi
“Neftçi” daha iki hücumçu transfer edib. Komandanın baş məşqçisi Arif Əsədovun apasport.az saytına verdiyi məlumata görə, baxışa çağırılan Özbəkistan yığmasının hücumçusu Bahodir Nasimov və xeyli vaxtdır heyətdə olan gürcüstanlı Aleksandr Burduli bəyənilib: “Hər iki hücumçunu Türkiyəyə təlim-məşq toplanışına aparırıq. Onlarla müqavilə məsələləri həll olunacaq. Orada düşərgəmizə Braziliyadan bir hücumçu da gələcək. Onu da transfer etmək fikrindəyik”.

Qeyd edək ki, Rusiyanın “Rubin” klubundan gələn 23 yaşlı Nasimov Bakıda “Qəbələ” ilə keçirilən yoxlama oyununda (1:1) “Neftçi”nin yeganə qoluna imza atıb.