Mirça Rednikin “Xəzər-Lənkəran”da ilk göstərişi
19.07.2010 - 11:53
Mirça Rednikin “Xəzər-Lənkəran”da ilk göstərişi
Avroliqada mübarizəni dayandırdıqdan sonra istirahətə buraxılan “Xəzər-Lənkəran” bu gün bir araya gəlir. Apasport.az saytının məlumatına görə, lənkəranlı futbolçular tibbi müayinədən keçmək məqsədilə Bakıda yığışacaqlar. Müayinə “Xəzər-Lənkəran”ın rumıniyalı yeni baş məşqçisi Mirça Rednikin göstərişi əsasında həyata keçiriləcək. Futbolçuların qarşıdakı iki gündən müayinədən keçməsi nəzərdə tutulub.

Qeyd edək ki, Rednikin bu gün saat 17:00-da Tofiq Bəhramov adına Respublika stadionunda mətbuat konfransı keçiriləcək. Bundan bir saat sonra isə həmin arenada komandanın açıq məşqi olacaq.