AZAL Türkiyədə iki litvalı futbolçu ilə müqavilə bağladı
19.07.2010 - 12:08
AZAL Türkiyədə iki litvalı futbolçu ilə müqavilə bağladı
Unibank Premyer Liqasında yeni mövsümdə AZAL adı altında çıxış edəcək Bakının “Olimpik-Şüvəlan” klubu daha iki transfer reallaşdırıb. Apasport.az saytının məlumatına görə, hazırlığını Türkiyədə davam etdirən paytaxt təmsilçisi litvalı futbolçular – müdafiəçi Marius Kazlauskas və hücumçu Qvidas Yuşka ilə müqavilə bağlayıb.

Litvalılarla bağlı yekun qərar Türkiyənin birinci dəstə təmsilçisi “Mersin İdman Yurdu” klubu ilə yoxlama oyunundan sonra verilib. Onlarla “1+1” şərti ilə anlaşma imzalanıb.

Qeyd edək ki, karyerasını böyük hissəsini vətənində keçirən 26 yaşlı Kazlauskas ötən il çıxış etdiyi Slovakiyanın “Dunayska Streda” klubundan gəlib. Yığmasının da üzvü olan 28 yaşlı Yuşka son vaxtlar vətənində “Banqa”da oynayıb.