“Turan” “Spartak” və “Lokomotiv”lə qarşılaşacaq
19.07.2010 - 12:26
Yoxlama oyunları keçirmək üçün Bakıya gələn “Turan” bu gün ilk matçına çıxacaq. Apasport.az saytının xəbərinə görə, Tovuz təmsilçisi Unibank Premyer Liqasının debütantlarından olan MOİK-lə qarşılaşacaq. Oyun saat 18:00-da 7-ci mikrorayonda yerləşən meydançada keçiriləcək.
İki gün sonra “Qəbələ” ilə üz-üzə gələcək əyalət təmsilçisi iyulun 22-də Tovuza qayıdacaq. Ancaq bu əyalət klubunun yoxlama oyunlarını başa vurması anlamına gəlməməlidir. Sakit Alıyev yetirmələrinin nəyə qadir olduğunu bu dəfə Gürcüstanda yoxlayacaq. Artıq “Turan”ın ilk rəqibinin kimliyinə aydınlıq gətirilib. İyulun 24-də Sxinvali “Spartak”ı ilə üz-üzə gələcək “Turan” 3 gün sonra ikinci oyununa çıxacaq. Rəqib Tbilisi “Lokomotiv”i və ya hazırda Avropa Liqasında çıxış edən “Zestafoni” olacaq. Üçüncü oyun iyulun 30-da baş tutacaq. Hələlik sparrinq-rəqibin kimliyinə aydınlıq gətirilməyib.
Klubdan verilən məlumata görə, əvvəlcə hər oyundan sonra Tovuza qayıtmağı planlaşdıran “Turan”ın planlarında dəyişiklik edilib. Klubun prezidenti Musa Süleymanov yol yorğunluğundan qaçmaq üçün komandanın Gürcüstanda qalmasını istəyib.
Bu arada heyətini gücləndirməyə çalışan “Turan”ın düşərgəsinə kamerunlu hücumçu qoşulacaq.

0
0