Daha bir Azərbaycan çempionatı
19.07.2010 - 12:42
Futbol üzrə Azərbaycan çempionatlarının siyahısına daha biri əlavə olunub. Apasport.az saytının məlumatına görə, bu gün jurnalistlərlə görüşən AFFA-nın baş katibi Elxan Məmmədov 14 yaşlılar arasında birinciliyini təşkil olunacağını açıqlayıb. O bildirib ki, U-13, U-15, U-17 liqaları ilə yanaşı, yeni mövsümdən U-14 liqasında da yarış keçiriləcək: “İki il əvvəl assosiasiyanın strategiyasını müəyyənləşdirərkən 3 prioritet seçdik: kütləvilik, futbol təhsili, infrastruktur. Hər 3 sahədə inkişaf göz qabağındadır. Əgər 2 il əvvəl Azərbaycanda 1500 futbolçu qeydiyyatdan keçmişdisə artıq bu say 10 minə çatıb. Bəziləri fikirləşir ki, bu nəyin hesabına mümkün olub. AFFA U-13, U-15, U-17 liqaları təşkil edib. Təkcə U-13 liqasında 2 minə yaxın futbolçu oynayır. Artıq U-14 liqası ilə bağlı işlərə də başlamışıq. Yeni mövsümdə bu yaş qrupunda da çempionat təşki olunacaq”.
Məmmədov kütləviliklə bağlı məqsədi də açıqlayıb: “İnkişaf etmiş futbol ölkələrində əhalinin 2 faizi bu idman növü ilə məşğul olur. Biz bu rəqəmin heç olmasa 1 faizə çatmasına çalışırıq. Bu isə o deməkdir ki, təxminən 9 milyon əhalisi olan Azərbaycanda 90 min nəfərin futbol oynamasına nail olmaq istəyirik”.”

0
0